İDMAN


BOK Tokio Olimpiadası ərəfəsində idmançılar üçün peyvənd xərclərini qarşılayacaq

Bakı, 16 noyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) gələn il Tokioda keçiriləcək Olimpiya Oyunları ərəfəsində idmançıların peyvənd edilməsi xərclərini ödəmək niyyətindədir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu BOK prezidenti Tomas Bax Yaponiyanın paytaxtında keçirdiyi mətbuat konfransında söyləyib. O, qeyd edib ki, əgər o vaxta qədər peyvənd olacaqsa, BOK bu xərcləri qarşılayacaq. T.Bax bununla bağlı Milli Olimpiya komitələri ilə əməkdaşlıq edəcəklərini də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.