İDMAN


BOK Tokio Olimpiadasında mübarizə aparacaq idmançıların koronavirus peyvəndi ilə təmin edilməsinə səy göstərəcək

Bakı, 16 noyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2021-ci ildə Tokio Olimpiadasında mübarizə aparacaq idmançıların koronavirus peyvəndi ilə təmin edilməsinə səy göstərəcək.

AZƏRTAC Yaponiyanın NHK telekanalına istinadla xəbər verir ki, bu barədə BOK prezidenti Tomas Bax Tokio qubernatoru Yuriko Koike ilə görüşündə söyləyib.

O, qeyd edib ki, əgər peyvənd hazırlanarsa və onun tədarükü başlasa, MOK öz növbəsində, peyvənddən sonra mümkün qədər çox xarici idmançının Yaponiyaya gəlməsini təmin etmək üçün hər cür səy göstərəcək.

Xatırladaq ki, Tokio Olimpiadası bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı bir il müddətinə təxirə salınıb. Buna baxmayaraq, həmin Oyunlar “Tokio-2020” adı ilə keçiriləcək.

Tokio Oyunlarının təşkilat komitəsinin iyunda qəbul etdiyi qərara görə, gələn il yarışlar üç əsas prinsipə uyğun olaraq təşkil ediləcək: təhlükəsiz şəraitin yaradılması, xərclərin minimuma endirilməsi və Oyunların formatının sadələşdirilməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.