MƏDƏNİYYƏT
BOLONYA TƏHSİL SİSTEMİNİN TƏTBİQİNƏ DAİR SEMİNAR
AMK-nın rektoru, xalq artisti, professor Səyavuş Kərimi Bolonya təhsil sisteminin Azərbaycanda tətbiqi, onun ətraflı öyrənilməsi, bu sistemə keçidin labüdlüyü, Azərbaycanın folklor, xüsusilə muğam musiqisinin xarici ölkələrdə təbliği, istedadlı ifaçılar nəslinin yetişdirilməsi, milli musiqimizin tədris sisteminin beynəlxalq aləmə inteqrasiyasının vacibliyindən danışmışdır.
AMK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Zemfira Hüseynova Avropa İncəsənət Universitetləri Liqasının Tbilisi beynəlxalq konfransı haqqında məlumat vermiş, elmi laboratoriyanın müdiri, sənətşünaslıq doktoru Sevil Fərhadova Bolonya təhsil sisteminin Azərbaycanda açdığı yeni imkanlar, mövzusundu çıxış etmişdir. Digər məruzələr də dinlənilmişdir.
Seminarın sonunda məruzəçilər müəllim və tələbələri maraqlandıran suallara cavab vermişlər.