SİYASƏT
BÖYÜK BRİTANİYA TÜRKİYƏDƏ YENİ TERROR AKTLARININ TÖRƏDİLƏ BİLƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya XİN Türkiyədə yeni terror aktlarının törədilə biləcəyi barədə informasiyaya malik olduğunu bəyan etmişdir. Nazirliyin nümayəndəsi qeyd etimişdir ki, hələlik bu məlumatı təfərrüatı ilə açıqlaya bilmir.
XİN-in nümayəndəsi bildirmişdir ki, Britaniya səfirliyi və bankı bu müəssisələrin Birləşmiş Krallığa aidiyyətinə görə terrorçular tərəfindən “dəqiq seçilmişlər”. O demişdir ki, ölənlər arasında dörd britaniyalı, o cümlədən baş konsul Rocer Şort və İngiltərə diplomatik korpusunun üzvü Liza Hollvort da vardır.
XİN-in başçısı Cek Stro bundan əvvəl Britaniya təbəələrini, ən “təxirəsalınmaz işlərdən savayı Türkiyəyə bütün səfərlərdən” çəkindirmişdir.