RƏSMİ XRONİKA
BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB TONİ BLEYERƏ
Hörmətli cənab Baş nazir,
İstanbul şəhərində törədilmiş terror aktları nəticəsində Birləşmiş Krallığın vətəndaşlarının həlak olması, yaralanması xəbəri bizi kədərləndirdi. Baş vermiş hadisədən hiddətlənir və terrorizmin hər cür təzahürünü qətiyyətlə pisləyirik.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2003-cü il.