Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BÖYÜK MAESTRONUN AZƏRBAYCANA HƏR BİR GƏLİŞİ RESPUBLİKAMIZIN MƏDƏNİ HƏYATINDA ƏLAMƏTDAR HADİSƏDİR
AZƏRBYACAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MÜASİR DÖVRÜN GÖRKƏMLİ MUSİQİÇİSİ MSTİSLAV ROSTROPOVİÇİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti Heydər Əliyev martın 3-də Prezident sarayında zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçi və xanımı Qalina Vişnevskayanı, Qlobal Vaksinləmə Fondunun prezidenti Jak Fransua Marteni qəbul etmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:

- Əziz Qalina Pavlovna!

Əziz Slava!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda ürəkdən salamlayıram və həmyerlimiz, böyük dostumuz Slava Rostropoviçin və Qalina Pavlovnanın yenidən Azərbaycanda olması ilə əlaqədar böyük məmnunluq duyduğumu bildirirəm.

Əziz Slava! Mən olduqca şadam ki, 75 illiyinizə həsr edilmiş şənliklər Azərbaycanda, Sizin Vətəninizdə başlayır. 2002-ci il Rostropoviçin 75 illiyi ilidir, mart Rostropoviçin 75 illiyi ayıdır. Bu xoş hadisə burada, Sizin doğma torpağınızda başlayır və bilirəm ki, o, Sizin çox böyük hörmətə, nüfuza malik olduğunuz və çox sevildiyiniz digər ölkələrdə, digər şəhərlərdə də davam etdiriləcəkdir.

Mən Sizin Fransada, Parisdə qeyd etdiyimiz 70 illiyinizi xatırlayıram. Yadınızdadırmı, Sizin 70 illiyinizə həsr olunmuş şənliklərdə iştirak etmək üçün mən xüsusi olaraq oraya gəlmişdim. Xatirimdədir, bundan sonra Sizin 70 illiyinizi böyük bayram kimi qeyd etdik. Aradan 5 il ötmüşdür, vaxt çox tez keçib getmişdir. Lakin biz birlikdə məmnun ola bilərik ki, bu müddət ərzində həyatda - əziz Slava, Sizin həyatınızda da, Azərbaycanın, Azərbaycan xalqının həyatında da çox işlər görülmüşdür.

Sizin Azərbaycanla daim əlaqə saxlamağınızı və 1997-ci ildən sonra burada artıq bir neçə dəfə olmağınızı biz çox yüksək qiymətləndirik. Siz burada neçə dəfə olmusunuz?

MSTİSLAV ROSTROPOVİÇ: Hər il.

HEYDƏR ƏLİYEV: O vaxt Siz bunu vəd etmişdiniz və vədinizi yerinə yetirirsiniz. Siz hər il Azərbaycana gəlir, burada ustad dərsləri keçir, bizim incəsənət xadimləri ilə görüşürsünüz. Təbii ki, Sizinlə görüşməyimizə biz də şadıq. Sizin bu işləriniz Azərbaycanın mədəni həyatına böyük töhfə verir.

Əziz Slava, şadam ki,Siz özünüzün 75 illiyinizi, beş il əvvəl olduğu kimi, yenə də tam sağlam, böyük enerji və qüvvə ilə qarşılayırsınız. Hətta bəlkə də beş il əvvəl olduğundan daha böyük enerji ilə. Əlbəttə, bunda Qalina Pavlovnanın böyük xidməti var. O, bütün birgə həyatınız ərzində olduğu kimi, yenə də Sizə ilham verir. Bu gün xatırlamaq artıq olmazdı ki, o ağır illərdə, insan hüquqları uğrunda mübarizənizə görə Sovet İttifaqından əslində didərgin salındığınız illərdə məhz Qalina Pavlovnanın həyanlığı və dəstəyi, həmişə Sizinlə birlikdə olması, Sizə ürək-dirək verməsi, Sizdə inam yaratması təbii Sizi ruhlandırmış və bütün bunlar Sizin bu sınaqdan çıxmağınızda böyük rol oynamışdır. Bilirsiniz ki, o illərdə mən Sovetlər İttifaqının rəhbərliyində idim və Rostropoviçlə Vişnevskayanın ziyankarlıq fəaliyyəti haqqında ən yüksək səviyyədə söhbət getdiyini dəfələrlə eşitmişdim. Onda deyirdilər ki, Rostropoviçin öz fəaliyyəti ilə belə coşğun məşğul olmasında Qalina Pavlovna Vişnevskaya böyük rol oynayır. İndi bu, keçmişdə qalmışdır, ancaq bütün bunların şahidi olduğuma görə deyə bilərəm - onda bəziləri danışır, hətta belə bir fikir söyləyirdi ki, Rostropoviç Sovetlər İttifaqına qarşı yönəldilmiş fəaliyyətlə coşğun məşğul olur və bunda ən çox təqsirkar Qalina Vişnevskayadır. Mən Sovetlər İttifaqının rəhbərliyində ən yüksək dövlət səviyyəsində gedən bütün bu söhbətlərin, söylənilən mülahizələrin şahidiyəm.

Bilirəm ki, Siz onu çox sevirsiniz, çox qiymətləndirirsiniz. Lakin bununla yanaşı, görünür, dediklərim Sizə bütün həyatınızda onun fəaliyyətini daha yüksək qiymətləndirməyə imkan verəcəkdir.

Əziz Slava, Siz əvvəlkitək, yenə də bütün dünyanı gəzib-dolaşır, konsertlər verir, ifaçılıqla məşğul olur, dirijorluq edirsiniz. Sizin bir dəqiqə belə boş vaxtınız yoxdur. Öz işi ilə belə fəal, hər gün məşğul olan ikinci bir adam tapmaq bəlkə də çətindir. Elə bir adam ki, təkcə hər hansı konkret ölkədə, konkret şəhərdə deyil, bütün dünyada, bütün ölkələrdə müxtəlif adamlarla, müxtəlif xalqların nümayəndələri ilə görüşərək məşğul olur. Bir tərəfdən, bunda Sizin musiqiçi fəaliyyətiniz, ictimai fəaliyyətiniz, beynəlxalq təşkilatlardakı fəaliyyətiniz təzahür edir. Eyni zamanda, bunda Sizin öz yaradıcılığınıza hər gün nə isə yeni bir şey əlavə etməyiniz də ifadəsini tapır. Odur ki, Sizin yaradıcılığınız daim inkişafdadır, Sizin humanizm sahəsində, insan hüquqları sahəsində fəaliyyətiniz daim inkişafdadır və açığını deyim ki, bu, çoxları üçün nümunədir.

Sizin musiqi fəaliyyətinizi, ictimai fəaliyyətinizi bütün ölkələrdə qiymətləndirirlər. Lakin bunları ən çox Azərbaycanda dəyərləndirirlər. Bu günlər ərzində Siz böyük iş gördünüz və bu, çox xoşdur, Qlobal Vaksinasiya Fondunun nümayəndə heyəti ilə birlikdə buraya gəlməyiniz və bir milyon dollarlıqdan artıq vaksin gətirməyiniz respublikamız üçün mühüm hadisədir. Bu, respublikamıza böyük köməkdir, eyni zamanda qeyd etmək lazımdır ki, ən mühüm sahədə - uşaqların sağlamlığı sahəsində böyük yardımdır.

Buna görə çox sağ olun və inanıram ki, Sizin bu köməyiniz bundan sonra da davam edəcəkdir. Sizinlə birlikdə buraya gələn Qlobal Vaksinasiya Fondunun prezidenti çox sağ olsun. Bütün bunlar Sizin yubileyinizin bayram edildiyi bir vaxtda baş verir. Bu gün biz Sizin konsertinizdə olacağıq.

Əziz Slava, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında, Azərbaycan musiqisinin inkişafında görkəmli xidmətlərinizə görə, Siz Prezidentin Fərmanı ilə Azərbaycanın ən yüksək ordeni – “İstiqlal” ordeni ilə təltif olunmusunuz.

Bu gün mən bu barədə Fərman imzaladım, sabah isə Sizin həmkarlarınızın, dostlarınızın iştirakı ilə bu ordeni Sizə təqdim edəcəyəm. Əziz Slava, Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Əziz Qalina Pavlovna, buraya bir daha gəldiyimizə görə Sizə minnətdaram. Sizə cansağlığı, hər sahədə daha böyük yaradıcılıq fəaliyyəti arzulayıram.

QALİNA PAVLOVNA: Çox sağ olun.

MSTİSLAV ROSTROPOVİÇ: Bilirsiniz, Sizin sözlərinizdən sonra heç cür özümə gələ bilmirəm. Çünki Siz mənə elə gözəl münasibət bəsləyirsiniz və buna görə elə həyəcanlıyam ki, sadəcə, gərək fikirlərimi cəmləşdirəm. İlk düşündüyüm odur ki, mən çox şeyə görə öz valideynlərimə minnətdaram - aldığım təhsilə görə də və ümumiyyətlə hər şeyə görə. Lakin məni həyata gətirmək üçün belə Torpağı seçdiyinə görə anama hədsiz minnətdaram. Bax, buna görə ona xüsusilə minnətdaram.

Əlbəttə, bunu da deməliyəm ki, Azərbaycana, Bakıya olan məhəbbətim mənə atamdan keçmişdir. Buradan getdikdən sonra atam Moskvada yaşamışdır. Burada, Bakıda mənim tanıdığım bir adamın muzeyi var. Mən balaca idim, ancaq atam məni onunla tanış etdi. Bu, atamın dostu Üzeyir Hacıbəyov idi. Moskvada Azərbaycan incəsənəti dekadası keçiriləndə atam məni özü ilə “Moskva” mehmanxanasına apardı və dedi ki, səni görkəmli musiqiçi ilə tanış edəcəyəm. Atamın məni tanış etdiyi Üzeyir Hacıbəyovun siması ömür boyu yaddaşımda həkk olundu. Üzeyir Hacıbəyovun muzeyində müharibə başlanmazdan bir qədər əvvəl atamın ona yazdığı məktub saxlanılır. Bu məktubunda atam yazırdı: “Mən çox arzulayıram ki, Moskvadan çıxım və Bakıya qayıdım”. Atam yalnız müharibə başladığı üçün Bakıya qayıtmadı. Buna görə də biz Orenburqa köçməyə məcbur olduq və atam 1942-ci ildə orada vəfat etdi. Mənim həyatım belə həyəcanlı anlarla və fikir-düşüncələrlə doludur. Bakıya hər bir gəlişim mənim üçün hadisədir. Deyə bilərəm ki, buradan getdikdən sonra düşünəcəyəm ki, nəhayət, nə vaxt başqa təyyarəyə oturacağam və o, məni buraya gətirəcəkdir.

Əziz Prezidentimə vəd etdiyim kimi, artıq 5 ildir ki, mən hər il buraya gəlirəm və hər dəfə də burada baş vermiş böyük tərəqqinin şahidi oluram. Bunlar hətta küçələrdə də nəzərə çarpır. Küçələr daha təmizdir, adamların yerişi də dəyişmişdir, hansı istiqamətdə, haraya getdiklərini dəqiq bilirlər. Birinci dəfə buraya gələndə məndə belə təsəvvür vardı ki, bilmirsən bəzi insanlar gəzişirlərmi, yoxsa haraya getdiklərini bilmirlərmi. İndi isə görürəm ki, hər şey öz yoluna düşür.

Orkestr böyük uğurlar qazanıb, konservatoriya get-gedə tərəqqi edir. Mən artıq orada olmuşam və ustad dərsləri keçmişəm. Əziz Prezidentim, demək istəyirəm ki, Sizə kompliment deməkdən utanıram. Lakin Sizə deməliyəm ki, Prezident Putinlə Sizin görüşünüz ötən dövr ərzində mənim üçün bəlkə də ən xoşbəxt an olmuşdur. Bu, mənim həyatımın ən şad və xoşbəxt anları idi. Bilirsiniz ki, mən Rusiyada təhsil almış və həyatımın çox hissəsini orada keçirmiş bir adamam. Mənim üçün Azərbaycan da, Rusiya da eyni dərəcədə əzizdir. Buna görə də mən tam əminəm ki, musiqi sahəsində, mədəniyyət sahəsində əlaqələri, rəssamlar, ədəbiyyatçılar arasındakı bir çox əlaqələri itirmək olmaz. Bu əlaqələr qarşılıqlı çətinliklər şəraitində əldə edilmişdir. Bir sözlə, çox sağ olun. Hamı bilir ki, siz çox müdrik bir insansınız və bütün dünya bunu bilir. Həmin görüş təkcə ölkənin həqiqətən böyük Prezidenti kimi deyil, həm də çox uzaqgörən, çox xeyirxah və çox mehriban bir insan kimi Sizin nüfuzunuzu bir daha sübut etdi. Bunun üçün Sizə təşəkkür edirəm.

İndi də hamıya bir yerdə müraciət etmək istəyirəm, çünki burada mənim dostların çoxdur. Məsələ bundadır ki, mən artıq bir il bundan əvvəl bir səfərimi, bir konsertimi təxirə salmışdım. Lakin buraya mən hər il gəlirəm. Mən gələn ilin may ayında da buraya gəlmək fikrindəyəm.

Gələn ilin mayında böyük hadisə olacaq, mən bu münasibətlə gələcəyəm. Mənim dostlarım, heç özüm də bilmirəm, nə edək, gəlin kömək edək, həmin günədək, gələn il mayın 10-dək filarmoniyanı bərpa edək. Dostlar, gəlin edək, mən də Prezidentdən xahiş edəcəyəm. Filarmoniyanı çox baha yox, amma yaxşı bərpa edəcək bir adam tapaq. Bundan sonra biz orada 10 maya həsr olunmuş konsert keçirərik. Bizim belə konsert salonuna ehtiyacımız var. Bəlkə də mən yarım günlüyə buraya gəlib, bərpa prosesinin necə getdiyinə baxacağam. Mətbuat, xahiş edirəm, mənə kömək göstərin. Mənim sevimli Prezidentim, əslində, elə bunları demək istəyirdim. Sağ olun.

HEYDƏR ƏLİYEV: Sağ ol, Slava. Siz mənim Prezident Putinlə görüşümdən danışdınız. Deməliyəm ki, bir il ərzində iki mühüm görüş keçirildi. 2001-ci ilin əvvəlində, yanvarın 9-da Rusiya Prezidenti Putinin Azərbaycana rəsmi səfəri oldu. Yeri gəlmişkən, bu, müstəqilliyimizin bütün 10 ili ərzində Rusiya Prezidentinin ilk rəsmi səfəridir. 2002-ci ildə, yenə də ilin əvvəlində - yanvarın 24-də Azərbaycan Prezidentinin Rusiyaya dövlət səfəri oldu. Təbii ki, bu zaman Prezident Putinlə və Rusiya dövlətinin digər rəhbər xadimləri ilə görüşlər keçirildi, danışıqlar aparıldı. Həmin müddətdə MDB çərçivəsində başqa görüşlərimiz də oldu. Mən bu iki görüşdən ona görə danışıram ki, onlar rəsmi görüşlər, dövlət görüşləri idi və və şübhəsiz, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında çox mühüm rol oynadı. Biz bir çox mühüm dövlətlərarası, hökumətlərarası sənədlər imzaladıq. Onlar gələcək əməkdaşlıq sahəsində işimizin əsasını təşkil edir. Bu, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə yeni mərhələdir.

Əziz Slava, Sizi bir daha təbrik edirəm, Sizə uzun ömür arzulayıram. Sizdə ki, belə enerji, belə sağlamlıq və belə fəallıq var, - mən coşğun fəaliyyətinizi nəzərdə tuturam, - Sizə yüz illik ömür də bəs etməz. Siz yüz yaşı hökmən adlamalısınız.

MSTİSLAV ROSTROPOVİÇ: Ondan sonra biz birlikdə oturub söhbət edərik.

HEYDƏR ƏLİYEV: Birinci hədd Sizin 80 illiyiniz olacaqdır. Hesab edirəm ki, onda da şənliklər Azərbaycandan başlanacaqdır. Qalina Pavlovna, Sizə cansağlığı, əmin-amanlıq, əziz Slavaya dilədiyim qədər, əgər istəyirsinizsə, daha uzun ömür arzulayıram. Gözəl ailənizin xoşbəxt və firavan olmasını istəyirəm. Burada olan dostlarınızın hamısını bir daha salamlayıram. Sağ olun. Konsertdə görüşənədək.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu iştirak edirdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub