SİYASƏT
BÖYÜK ŞƏXSİYYƏTİN SİYASİ VƏ DÖVLƏTÇİLİK TƏCRÜBƏSİNİ XALQIMIZ ƏSRLƏR BOYU ÖYRƏNƏCƏK VƏ HƏYATA KEÇİRƏCƏK
O qeyd etmişdir ki, 1993-cü ildə baş verən hadisələr xalqın yadından çıxmayıb. Ölkədə baş alıb gedən hərc-mərcliyin, parçalanmanın qarşısını alan yox idi. Xarici və daxili düşmənlərin fitvası ilə Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi yaranmışdı. Xalqımızın təkidi ilə rəhbərliyə gələn Heydər Əliyev bu təhlükənin qarşısını aldı.
Prezident Heydər Əliyev hakimiyyətə gəldiyi gündən gördüyü böyük işlərin nəticəsini biz qadınlar hər an, hər dəqiqə hiss edirik. Müstəqil respublikamızın həyatında tarixi və əlamətdar hadisələrin sayı-hesabı yoxdur. Bu hadisələr öz əhəmiyyətinə görə beynəlxalq aləmdə böyük əks-səda doğurmuşdur. Azərbaycan qadınları bu ağır itkini, böyük şəxsiyyətin yoxluğunu qəbul edə bilmirlər. Bu, elə bir faciə, elə böyük bir ayrılıqdır ki, bununla barışmaq mümkün deyildir. Dahi insan Heydər Əliyev Azərbaycanın inkişafı üçün o qədər böyük işlər görüb ki, bunları sadalamaqla qurtarmaq olmaz. Vətənini, torpağını böyük məhəbbətlə sevən böyük şəxsiyyətin – Heydər Əliyevin siyasi və idarəçilik irsini xalqımız əsrlər boyu öyrənəcək və həyata keçirəcəkdir.