İDMAN
BRAZİLİYA PREZİDENTİ RONALDODAN ÜZR İSTƏMİŞDİR
Prezident yazır ki, o, Ronaldonun azarkeşidir.
Ronaldo aranın qızışdırılmasında jurnalistləri təqsirləndirmişdir. Hücumçunun fikrincə, onun çəkisinin normadan artıq olduğu barədə xəbərlər axınının təsiri nəticəsində ölkə Prezidenti belə sual vermişdir. O, KİV nümayəndələrindən isteriyaya son qoymağı və onun çəkisi, döyənəkləri barədə yazıları dayandırmağı tələb etmişdir.
Ronaldo demişdir: “Hesab edirəm ki, bütün braziliyalılar komandamızı dəstəkləməlidirlər. Prezidentin məktubu sübut edir ki, o, nə demək istədiyimi gözəl başa düşdü. Bunu qalanları da anlamalıdırlar. Qəzetlərdə komandamız haqqında yazılanların heç də hamısı doğru deyildir”.
Ronaldo bildirmişdir ki, bu günlərdə növbəti məşqlərdən birinə çıxmağa imkan verməyən döyənəklərdən tamamilə can qurtarmışdır.