İDMAN
BRAZİLİYA YIĞMASININ KAPİTANINI İTALİYA HƏBSXANASI GÖZLƏYİR
Roma prokurorluğundakı mənbə agentliyin müxbirinə bildirmişdir ki, Kafu guya onun arvadının italyan kökləri olduğunu təsdiqləyən saxta sənədlər təqdim etməkdə təqsirləndirilir. Hazırda “Milan”da oynayan Kafu həmin sənədlər sayəsində İtaliya pasportu almış və bununla da daha əcnəbi sayılmamışdır.
Futbolçu Berlində Braziliya yığmasının növbəti məşqindən sonra demişdir: “Mən heç bir şərh verə bilmərəm, çünki bu əhvalatı qardaşımdan eşitdim. Bu işlə çempionat başa çatdıqdan sonra məşğul olacağam. Bu, bəlkə də, xorvatların əməlidir. Görünür, onlar bizimlə görüş ərəfəsində komandamıza bu yolla mənfi təsir göstərməyə çalışırlar”.
Yeri gəlmişkən, Rakanelli təkcə Kafu üçün deyil, onun xanımı Recina Felisiano, “Roma”nın o vaxtkı prezidenti Franko Sensi və futbolçunun agenti Xristofor Kolombo üçün də həbs cəzası tələb edir.
Xatırladaq ki, Kafunu İtaliya həbsxanasının gözlədiyi barədə xəbər Braziliya yığmasının Xorvatiya komandası ilə görüşündən bir gün əvvəl yayılmışdır.