DÜNYA
BRİCİT BARDO FRANSA PREZİDENTİNƏ XAHİŞLƏ MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, kino həvəskarlarına yaxşı tanış olan və bu yaxınlarda 70 illiyini təntənə ilə qeyd etməyə hazırlaşan Bricit Bardo Fransa Prezidenti Jak Şiraka məktubla müraciət etmişdir.
Məktubda keçmiş kinoulduz öz yubileyinə hədiyyə kimi heyvanların müdafiəsi ilə bağlı yeddi xahişini yerinə yetirməyi prezidentdən xahiş etmişdir. Bricit Bardo heyvan bazarlarında it və pişiklərin satışına, vəhşi heyvanlardan sirkdə istifadə olunmasına, korridanın təşkilinə və xoruz döyüşlərinə, satışa gətirilən toyuqların qəfəslərdə saxlanılmasına qadağalar qoyulması barədə sərəncam verməyi də xahiş etmişdir.
Heyvanların müdafiəsi ilə əlaqədar yaratdığı və adını daşıyan fondun prezidenti kimi Bricit Bardo məktubunun sonunda prezidentin onun xahişinə biganə qalmayacağına əmin olduğunu xüsusi vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]