Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BU BARƏDƏ MEA-NIN BOTANİKA İNSTİTUTUNDA KEÇİRİLƏN MİLLİ SEMİNARDA GENİŞ DANIŞILMIŞDIR

Dekabrin 17-də Milli Elmlər Akademiyasının Botanika İnstitutunda “Müsabiqəli Qrantlar Sistemi və Aqrar Elmin İslahatı Proqramının həyata keçirilməsi: əsas nəticələr, problemlər, perspektivlər və növbəti mərhələ üçün üstün istiqamətlərin müəyyənləşdirilməsi” mövzusunda ikigünlük milli seminar öz işinə başlamışdır. Seminarda müvafiq nazirlik, komitə və şirkətlərin, MEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin əlaqədar elmi tədqiqat institutlarının rəhbərləri, alimlər, fermerlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. 

Seminarı Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin rəhbəri Vaqif Hüseynov açmış, Proqramın Tətbiqi üzrə Kənd Təsərrüfatı Tədqiqatları Şurası katibliyinin rəhbəri Məmmədzadə Nəbiyev hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, Proqram Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış “İnkişaf və kredit haqqında” sazişə əsasən, uğurla həyata keçirilən kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsinin tərkib hissələrindən biridir. Bu Proqram akademik Cəlal Əliyevin gərgin səyləri, xarici həmkarları ilə çoxsaylı görüşləri nəticəsində layihənin tərkibinə daxil edilmişdir. İlk dəfədir ki, həmin Proqram vasitəsilə Azərbaycanın aqrar elminə sərmayə qoyulur.

Dünya Bankının və Azərbaycan hökumətinin maliyyələşdirdiyi Proqramın həyata keçirilməsinə akademik Cəlal Əliyevin sədr olduğu Kənd Təsərrüfatı Tədqiqatları Şurası rəhbərlik edir. Bu günədək Proqram çərçivəsində Dünya Bankı tərəfindən 22 layihə təsdiq olunmuş və 611 min ABŞ dolları məbləğində qrant müqaviləsi bağlanmışdır.

Həmin layihələr 24 rayonu, 50-dən çox kəndi və 227 hektardan artıq əkin sahəsi olan 70-ə yaxın fermer təsərrüfatını əhatə edir. Buğda, kartof, qarğıdalı və pambıq layihələri üzrə ilk uğurlu nəticələr əldə edilmiş, əvvəlki illərə nisbətən hər hektardan 2-2,5 dəfə çox məhsul götürülmüşdür.

Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev, Naxçıvan Muxtar Respublikasındakı “Araz” Elm İstehsalat Birliyinin rəhbəri Hacı Sərdar Nəcibov, Baytarlıq İnstitutunun şöbə müdiri, akademik Yaqub Hacıyev, Bərdə rayonunun Mirzalıbəyli kəndindəki “Yellicə” fermer təsərrüfatının rəhbəri Əhməd İbrahimov, Ağcabədi rayonunun Təzəkənd kəndindəki “Elit” toxumçuluq təsərrüfatının rəhbəri Cümşüd Şıxəliyev, Buğda və Qarğıdalının Seleksiyası üzrə Beynəlxalq Elm Mərkəzinin nümayəndəsi doktor Aleksey Morqunov çıxış etmişlər.

Milli Məclisin deputatı, akademik Cəlal Əliyevin çıxışı, tövsiyə, irad və təklifləri seminar iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Akademik Cəlal Əliyev demişdir ki, beynəlxalq qurumların, elmi mərkəzlərin ölkəmizin aqrar bölməsinə diqqət və qayğısı artıq öz bəhrəsini verir. Qrant layihələrinin tətbiqinin birinci mərhələsi sübut edir ki, ölkəmizin taxıl və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsində böyük potensialı vardır. Qazandığımız nailiyyətlər dünya ərzaq proqramına töhfədir. Yeni sortlar yetişdirilməsi, texnika və texnologiyalar tətbiq edilməsi yolu ilə bu töhfələrin sanbalını daha da artırmalıyıq. Taxılçı fermerlər əkdikləri sortların adını çəkdilər, məhsuldarlıqla bağlı yüksək rəqəmlər gətirdilər. Elm bir yerdə dayanmır. Az məhsuldar sortların yüksək məhsul verənlərlə əvəzlənməsi prosesi fasiləsiz getməli, fundamental tədqiqatlar davam etdirilməlidir. Bu gün dünənkindən yaxşı sort yaratmalıyıq. Bu isə elmin təsərrüfatla sıx əlaqəsi nəticəsində mümkündür. Fermerlərin hər bir təklifi nəzərə alınmalıdır. Son illər toxumçuluq-təcrübə stansiyaları fermerlərlə sıx əlaqədə işləyir. Kənardan gətirilən bütün sortlar sınaqdan çıxarılıb rayonlaşdırıldıqdan sonra əkilməlidir. Qrantların əhatə dairəsi genişləndirilməli, bu iş başqa sahələrə də tətbiq olunmalıdır.

Cəlal Əliyev daha sonra bildirmişdir ki, bu il 2 milyon tondan çox, başqa sözlə 8 milyonluq əhalinin hər nəfərinə 200 kiloqram taxıl istehsal edilmişdir. Taxılçılıqda qazanılıan nailiyyətlər respublikada həyata keçirilən uğurlu aqrar islahatın nəticəsidir. Digər sahələrdə də irəliləyiş vardır. Məsələn, bu il 700 min ton kartof yığılmışdır. Amma çalışmalıyıq ki, respublikada faraş kartof da becərilsin. Azərbaycana tezyetişən pambıq sortları lazımdır. Çünki bizdə vegetasiya dövrü məhduddur. Azərbaycandakı kimi dadlı meyvələr heç yerdə yoxdur. Elm bu sahəyə də diqqət yetirməlidir. Heyvandarlıqla, arıçılıqla məşğul olan fermerlərimiz də qrant layihələrində iştirak etməlidirlər. O ki qaldı bazar probleminə, Rusiya bizim kənd təsərrüfatı məhsulları üçün ən yaxşı bazardır.

Akademik şoran torpaqların əkinə yaralı hala salınması, arpa, qarğıdalı kimi dənli bitkilərin seleksiyasi ilə bağlı işlərin aparılması zəruriliyini də diqqətə çatdırdı, bunlarla bağlı qrant proqramlarının işlənib hazırlanmasını tövsiyə etdi.

Seminarda layihələrin həyata keçirilmə strategiyası, prioritetlərə yenidən baxış, habelə növbəti mərhələ üçün əsas istiqamətlərə dair təkliflər hazırlayan işçi qruplar yaradılmışdır.

Bu gün seminar işçi qrupların iclaslarında öz işini davam etdirmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO