Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimatı olub

Babək, 24 iyun, AZƏRTAC

İyunun 24-də Babək Rayon Mədəniyyət Sarayında Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il iyunun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilmişdir.

Ali Məclisin Sədri qərarın qəbuluna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını, hörmət və ehtiramını bildirib, bütün rayon əhalisini təbrik edib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə başlatdığı inkişaf strategiyasının əsasında bir tərəfdən milli-mənəvi dəyərlərə, tarixi-mədəni irsə qayıdış, digər tərəfdən isə torpağa sahiblik və bölgələrin inkişafına qayğı siyasəti dayanırdı. Xüsusilə ötən əsrin 70-ci illərində sərhəd yaşayış məntəqələrinin möhkəmləndirilməsi, yeni qəsəbə və rayonların yaradılması uzaqgörən siyasətin nəticəsi kimi gələcək müstəqilliyə hesablanmış tədbirlər idi. Ulu Öndərin milli quruculuq strategiyasının tərkib hissəsi kimi 1978-ci ildə yaradılan Babək rayonunun ötən dövrdə keçdiyi inkişaf yolu bunu bir daha təsdiq edir. Dövlət proqramlarının uğurlu icrası, həyata keçirilən quruculuq tədbirləri Babək rayonunun görkəmini dəyişmiş, davamlı sosial-iqtisadi inkişafa nail olunmuş, rayonun kəndləri böyümüş, əhalinin sayı və məskunlaşma artmışdır. Ötən 25 ildə Babək rayonunda 42 təhsil, 35 səhiyyə, 38 mədəniyyət müəssisəsi, 63 inzibati bina, 27 körpü, 189 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilmiş və yenidən qurulmuş, müasir yol şəbəkəsi yaradılmışdır. Rayon mərkəzində və kəndlərdə əhalinin rahat yaşayışına xidmət edən tədbirlər ardıcıl şəkildə görülmüş, geniş quruculuq işləri aparılmış, sosial və iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar tətbiq edilmiş, bütün rayon ərazisi rabitə xidməti və internetlə təmin olunmuş, ümumtəhsil məktəblərində 829 kompüter və 102 elektron lövhə quraşdırılmışdır.

Ali Məclisin Sədri deyib: Müxtəlif profilli yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması nəticəsində Babək rayonu aqrar rayondan aqrar-sənaye rayonuna çevrilmişdir. Ötən dövrdə rayonda sənaye məhsulunun həcmi 127 dəfə artmışdır. Hazırda rayonda 62 adda sənaye məhsulu istehsal olunur. 2019-cu ildə muxtar respublika üzrə sənayedə istehsal olunmuş ümumi məhsulun 13 faizi, kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 20 faizi, o cümlədən ümumi əkin sahəsinin 26 faizi, istehsal olunmuş elektrik enerjisinin 72 faizi Babək rayonunun payına düşmüşdür. Bu gün Babək rayonunda 1 məktəbəqədər təhsil müəssisəsi, 36 ümumtəhsil məktəbi, 5 uşaq musiqi məktəbi, 2 muzey, 35 kitabxana, 30 mədəniyyət və 35 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda, rayonda böyük sahibkarlar sinfi formalaşmışdır. Özəl bölməyə göstərilən qayğıdan səmərəli istifadə nəticəsində 200-ə yaxın yeni istehsal müəssisəsi yaradılmışdır. Rayonda 82 min 842 hektar torpaq sahəsi vardır ki, bunun da 26 min 556 hektarı dövlət, 43 min 216 hektarı bələdiyyə, 13070 hektarı isə xüsusi mülkiyyətdədir. Əgər 1978-ci ildə rayon üzrə 1145 hektar həyətyanı torpaq sahəsi vardısa, hazırda Babək rayonunda xüsusi mülkiyyətdə olan torpaqların 10 min 314 hektarı pay, 2756 hektarı isə həyətyanı torpaqlardır. Davamlı sosial-iqtisadi inkişafın, müasir infrastruktur və əhali məşğulluğunun təmin olunması rayonda demoqrafik vəziyyətə də öz təsirini göstərmiş, 1 may 2020-ci il tarixə Babək rayonunda əhalinin sayı 1978-ci ilin sonu ilə müqayisədə 77 faiz artaraq 76 min nəfərə yaxın olmuşdur. Hazırda Babək şəhərində 12 mindən, Nehrəm qəsəbəsində 16 mindən, Cəhri qəsəbəsində isə 11 mindən artıq əhali yaşayır. Sadalanan bütün bu uğurlar, inkişafın təmin olunması Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik üçün əsas yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim məqsədimiz birdir – ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır”, - fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, yaşayış məntəqələrinin böyüməsi, məskunlaşmanın artması, yeni qəsəbə və şəhərlərin yaranması müstəqil Azərbaycanın inkişaf reallıqlarıdır. Bu gün ölkə Prezidenti tərəfindən davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi inkişaf edən Babək şəhəri, Nehrəm və Cəhri qəsəbələridir. Babək rayonunun inzibati ərazi bölgüsündə edilən dəyişiklik qarşıya daha mühüm vəzifələr qoyur. Bundan sonra da rayonda sosial-iqtisadi inkişaf təmin edilməli, əhalinin məşğulluğu, rifahı və rahat yaşayışı diqqətdə saxlanılmalı, təsərrüfatlar daha da genişləndirilməli, yeni istehsal və xidmət sahələri yaradılmalı, qanunun tətbiqi ilə bağlı nəzərdə tutulan vəzifələr vaxtında icra olunmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər kəsə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov çıxış edərək deyib ki, Babək rayonunda bütün sahələrdə inkişaf təmin olunub, 2019-cu ildə vergilər və digər büdcə ödənişləri üzrə proqnoz tapşırığa 110 faiz, məcburi dövlət sosial sığorta haqlarının yığılması üzrə 143,6 faiz, işsizlik sığortası üzrə 133 faiz əməl edilib. Proqnozlaşdırılmış vergilər üzrə 1 milyon 992 min manata qarşı 2 milyon 191 min manat, sosial sığorta üzrə 4 milyon 500 min manata qarşı 6 milyon 463 min manat, işsizlik sığortası üzrə 185 min manata qarşı 246 min manat vəsait toplanılıb. Büdcəyə proqnozda nəzərdə tutulduğundan vergilər üzrə 199 min manat, sosial sığorta üzrə 1 milyon 963 min manat, işsizlik sığortası üzrə 61 min manat artıq vəsait yığılıb. Proqnozlaşdırılmış 10 vergi tədiyyə növü üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib. 2019-cu ildə Babək rayon yerli büdcəsinin xərcləri 1 milyon 800 min manat dürüst təyinata qarşı 1 milyon 795 min manat və ya 99,7 faiz icra olunub. Artıq 4 ildir ki, rayona dotasiya ayrılmır. Babək rayonunun büdcəsi mərkəzi büdcədən vəsaitlər almadan yerli gəlirlər hesabına maliyyələşdirilir. 2020-ci ildə Babək rayon yerli büdcəsinin gəlirləri xərclərinə bərabər olmaqla 2 milyon 963 min manat məbləğində təsdiq olunub ki, bu da 2019-cu ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 51 faiz çoxdur. Ümumilikdə, 2019-cu ildə Babək rayonunda əsas kapitala yönəldilən vəsaitlərin həcmi 68 milyon 245 min manat, 2020-ci ilin ötən dövründə isə bu vəsaitin məbləği 17 milyon 347 min manat təşkil edib. Babək rayonu üzrə su-kanalizasiya sistemlərinin qurulmasına 56 milyon 337 min manat, son 4 ildə yol infrastrukturunun inkişafı, əsaslı təmiri və yenidən qurulması üçün isə 8 milyon 505 min manat vəsait xərclənib. Səbuhi Məmmədov bildirib ki, müvafiq Qanuna və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 iyun 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər təmin ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək deyib ki, muxtar respublikanın digər rayonları kimi Babək rayonu da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqət və qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Babək rayonunun təşkil olunmasının 30 illiyi haqqında” 2008-ci il 7 iyun tarixli və “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” 2018-ci il 16 fevral tarixli Sərəncamlarının icrası rayonun inkişafına geniş imkanlar yaradıb. Bu gün 1 şəhər, 2 qəsəbə və 33 kəndi özündə birləşdirən rayonda davamlı inkişaf təmin edilib, 2009-cu illə müqayisədə ümumi məhsul istehsalı 2,6 dəfə artaraq 2019-cu ildə 391 milyon 952 min manatı ötüb. Ölkə üzrə 2019-cu ildə günəş elektrik stansiyalarında istehsal olunmuş enerjinin 81,9 faizi Babək rayonunun payına düşüb. Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi, Uzunoba Su Anbarının yenidən qurulması, qapalı suvarma şəbəkələrinin, nasos stansiyalarının və kanalların istifadəyə verilməsi yeni torpaqların əkin dövriyyəsinə daxil olunmasına səbəb olub. Aparılmış tədbirlərin nəticəsi olaraq 2019-cu ildə rayonda 16 min 172 hektar sahədə əkin aparılıb ki, bu da 1978-ci ildəki göstəricidən 1,7 dəfə çoxdur. Bu dövrdə dənli və dənli paxlalılar əkini 1,6 dəfə, kartof əkini 18 dəfə, tərəvəz əkini 13 dəfə, ərzaq üçün bostan bitkiləri əkini 18 dəfə, meyvə və giləmeyvə bağlarının sahəsi isə 9 dəfə artıb. Eyni zamanda qaramalın sayı 20, xırdabuynuzlu heyvanların sayı isə 50 faiz artıb, heyvandarlıq təsərrüfatları genişləndirilib. 1997-2020-ci illərdə rayon iqtisadiyyatına 883 milyon manatdan çox vəsait yönəldilib ki, bunun da 88 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Kompleks inkişaf məşğulluğu da təmin edib, 2004-cü ildən ötən dövrdə rayonda 9 min 338 yeni iş yeri açılıb ki, bunun da 76 faizi daimi iş yerləridir.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov deyib ki, ötən illər ərzində ölkə başçısının müvafiq Sərəncamları ilə Babək rayonunun 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab, həmçinin 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq istifadəyə verilib. Rayonun son 25 ildə sosial mənzərəsi əsaslı şəkildə dəyişilib, böyük inkişaf yolu keçərək əsl intibah dövrünü yaşayıb və yenidən qurulub. Əhalinin pay torpaqları ilə təmin olunması, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması, torpaq mülkiyyətçilərinə dövlət tərəfindən verilən subsidiyalar rayonda kənd təsərrüfatının dinamik inkişafına təkan verib, məhsul istehsalı artıb. Bu gün muxtar respublikanın iqtisadi həyatında mühüm rola malik olan bir sıra sənaye və istehsal müəssisələri Babək rayonunun ərazisində yerləşir. Ötən dövrdə rayonda yaradılan sosial infrastrukturun əsas qollarından birini də əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və kanalizasiya xətlərinin çəkilməsi təşkil edib. Belə ki, rayonun Şıxmahmud, Xəlilli və Şəkərabad kəndlərində, Babək şəhərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Hazırda Nehrəm qəsəbəsində və Araz kəndində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir. 2020-ci ilin ötən dövründə Babək Rayon Baytarlıq İdarəsinin inzibati binası istifadəyə verilib. Hazırda Babək şəhərində bazar kompleksinin inşası davam etdirilir, Nəcəfəlidizə kəndində kompleks quruculuq işləri aparılır. Muxtar respublika rəhbərinin böyük diqqət və qayğısının nəticəsidir ki, Babək qəsəbəsi böyüyərək gözəl və müasirtipli şəhərə, Nehrəm və Cəhri kəndləri isə qəsəbəyə çevrilib. Hazırda Babək şəhərində rayon icra hakimiyyəti, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik, şəhər bələdiyyəsi və mərkəzi icra hakimiyyəti orqanlarının rayon idarə, müəssisə və təşkilatları üçün müasir inzibati binalar yerləşir. Şəhərdə 2 tam orta məktəb, uşaq bağçası, rabitə evi, mərkəzi xəstəxana, muzey, musiqi məktəbi, məscid və mərasim evi istifadəyə verilib. 9 istehsal və 4 sənaye müəssisəsi fəaliyyət göstərir. Nehrəm və Cəhri qəsəbələri də ən müasir infrastruktura malikdir. Rasim Hüseynov Babək rayonuna göstərilən yüksək diqqət və qayğıya görə rayon ictimaiyyəti adından ölkə Prezidentinə və Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Hüseyn Həsənov çıxış edərək deyib ki, Babək rayonu müstəqillik illərində öz simasını tamamilə dəyişib. 1978-ci ildə rayon təşkil olunan zaman indiki Babək şəhərində bir orta məktəb və bir neçə inzibati bina vardı. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Babək şəhəri başdan-başa yenilənib, müasir görkəm alıb. Babək qəsəbəsinə şəhər statusunun verilməsi də əldə olunmuş dinamik inkişafın nəticəsidir. Bu qərar babəklilərin böyük sevincinə və qüruruna səbəb olub. Hüseyn Həsənov Babək qəsəbəsinə şəhər statusunun verilməsinə görə sakinlər adından ölkə Prezidentinə minnətdarlıq edib.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Babək rayonu: dünən və bu gün” filminə baxış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib