İDMAN


Badminton üzrə Bakı şəhər çempionatına yekun vurulub

Bakı, 26 iyun, AZƏRTAC

Paytaxtın 1 saylı İdman Liseyinin yeni istifadəyə verilmiş badminton zalında keçirilən Bakı şəhər çempionatına yekun vurulub.

AZƏRTAC Azərbaycan Badminton Federasiyasına (ABF) istinadla xəbər verir ki, ABF və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 kateqoriya üzrə 20 kişi, 16 qadın badmintonçu iştirak edib. Şəxsi oyunlar qruplar arasında dairəvi sistem üzrə keçirilib. Qoşa görüşlər isə olimpiya sistemi üzrə oynanılıb.

Şəxsi mübarizələrdə kişilər arasında Orxan Qələndərov, qadınlar arasında isə Nigar Əliyeva birinci olublar.

Qoşa yarışlarda kişilərdə Cahid Əlhəsənov-Səbuhi Hüseynov, qadınlarda Nərmin Şərifova-Nigar Əliyeva tandemi qalib gəliblər.

Qarışıq-qoşa yarışlarda isə Elnurə Cəfərova-Səbuhi Hüseynov cütü fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk 3 yerin sahibləri diplom və medallarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.