İDMAN


Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəliləyiblər

Bakı, 27 iyul, AZƏRTAC

Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Nigeriyada keçirilmiş “Lagos International 2018” turnirinin qoşa yarışlarında bürünc medal qazanan Azərbaycan millisinin üzvləri Edi Reski Dviçayonun və Ezmi Qovimuramadhoninin uğurlu çıxışı reytinqdə xeyli irəliləmələrinə səbəb olub.

Belə ki, reytinqdə 33 pillə irəliləyən Edi Reski Dviçayo 180-ci sıraya yüksəlib. Badmintonçumuzun aktivində 8400 xal var. Qırx üç pillə irəliləyən Ezmi Qovimuramadhoni isə 2818 xalla 386-cı sırada qərarlaşıb.

Edi və Ezmi badmintonçuların qoşa reytinqində də yüksəlişə nail olublar. Qoşa reytinqdə 66 pillə irəliləyən badmintonçularımız 156-cı yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.