Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bahar Muradova: Azərbaycan terrorizmlə mübarizəyə dindarların cəlb olunması təşəbbüsünü dəstəkləyir VİDEO

Bahar Muradova: Azərbaycan terrorizmlə mübarizəyə dindarların cəlb olunması təşəbbüsünü dəstəkləyir VİDEO

Bakı, 6 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, mayın 31-də Astana şəhərində Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin təşəbbüsü ilə “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycanı təmsil edən Milli Məclis sədrinin müavini Bahar Muradova tədbirdə müzakirə olunan aktual məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

-Bahar xanım, “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfransda müzakirə edilən məsələlər, ümumiyyətlə bu tədbirin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.

-Əvvəla qeyd edim ki, bu konfrans, adından da göründüyü kimi, çox aktual mövzuya həsr olunmuşdu. Tədbirə 40 ölkədən 60 nümayəndə heyəti dəvət edilmişdi. Konfransda beynəlxalq təşkilatların, dini qurumların, dini konfessiyaların təmsilçiləri, parlamentarilər, alimlər, ictimai-siyasi xadimlər iştirak edirdilər. Göründüyü kimi, iştirakçıların tərkibi çox zəngin idi. Dünya miqyasında tanınmış insanlar konfransın iştirakçıları arasında idilər. Əlbəttə ki, Azərbaycan da konfransa dəvət olunmuşdu. Tədbirin mövzusunun nə qədər aktual olduğunu, zamanla ayaqlaşdığını, Qazaxıstanın dünyada gedən proseslərdə məhz bu aspektə diqqət yetirməsini, bu ölkədə müxtəlif xalqların və dinlərin nümayəndələrinin ahəngdar şəkildə, bir-biri ilə dostluq, anlaşma şəraitində yaşamasını nəzərə alarkən belə bir təşəbbüsün çox yerinə düşdüyünü qeyd etmək lazımdır.

Konfransı əvvəldən axıradək Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev apardı və bütün ölkələrin nümayəndələrinin mövzu ilə bağlı çıxışları oldu. Xatırlatmaq istərdim ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Sülh manifesti” adlanan XXI əsr müraciəti olub. Nüvə silahından imtina edən ölkələr sırasında yer alan Qazaxıstan bu müraciətlə bütün dünyanı bu təşəbbüsə qoşulmağa çağırır. Bu il martın 31-də Qazaxıstan Prezidentinin Nyu-Yorkdakı çıxışında da bütün dünya ölkələrinə, xalqlarına, beynəlxalq təşkilatlara müraciəti olub və Nursultan Nazarbayev hazırda həm nüvə silahı ilə bağlı yaranmış vəziyyəti, həm də dinlər, sivilizasiyalar, mədəniyyətlər arasında toqquşmaları nəzərə alaraq BMT-nin devizi altında terrora qarşı bir koalisiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Bu konfrans da məhz həmin iki təşəbbüsün reallaşmasına xidmət göstərmək və Qazaxıstanın bu istiqamətdəki fəaliyyətini davamlı şəkildə aparmağa həsr olunmuşdu. Nəzərə alsaq ki, burada iştirak edən nümayəndə heyətləri, eyni zamanda ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri idi, bu mövzunun həm də beynəlxalq təşkilatlar müstəvisinə, ayrı-ayrı ölkələrin parlamentlərinə və ictimai-siyasi gündəminə daşınması baxımından da konfransın çox böyük əhəmiyyəti vardı. Vurğulanan əsas məqam ondan ibarət idi ki, terrorizm bu gün özünü təqdim etmək, insanlığa, bəşəriyyətə, hazırkı dünya nizamına qarşı törətdiyi hərəkətlərə haqq qazandırmaq üçün dini şüarlardan istifadə edir. Terrorun heç bir dində özünə yer tapmadığını və bütün dinlərin ona qarşı çıxdığını nəzərə alsaq, elə dinlərin özünün içərisində dini şüarlarla yaradılan cərəyanlarla mübarizə işini təşkil etmək baxımından da konfrans çox böyük əhəmiyyət daşıyırdı.

Həm dövlət və hökumət başçıları, həm parlamentarilər, ümumiyyətlə, hər kəs öz imkanları daxilində terrorizmə qarşı mübarizə aparır və bu istiqamətdə müəyyən beynəlxalq qurumlar, alyanslar, birliklər yaranır. Amma dindarların bu mübarizəyə qoşulması, terrorun və terrora cəhdin dinlə, dini təbliğatla, dini maarifləndirmə ilə heç bir əlaqəsi olmadığını sübuta yetirməsi çox böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, konfransın keçirilməsi bu bir neçə aspektdən zamanında verilmiş qərarın nəticəsi idi. Azərbaycan da bu məsələlərə münasibətdə Qazaxıstanla eyni mövqe tutur. Biz hər zaman terrora qarşı olmuşuq. Ona görə ki, terrordan əziyyət çəkən ölkələr arasında biz də varıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçən 25 il ərzində ölkəmizdə 30-dək terror aktı törədilib, 2 mindən çox vətəndaşımız həlak olub, nə qədər insanın sağlamlığına zərər dəyib, maddi-mədəniyyət abidələrimiz yer üzündən silinib. Bir sözlə, bu, bizə çox yaxın bir məsələdir. Azərbaycan həm də terrorizmə qarşı mübarizədə beynəlxalq alyansın çox fəal üzvüdür. Bu baxımdan Azərbaycan nümayəndə heyətinin bu konfransda iştirakı, həmin məsələ ilə bağlı çıxışı, ölkəmizin mövqeyini ifadə etməsi çox vacib idi. Mən də çıxışımda bu dialoq mühitindən istifadə edərək beynəlxalq səylərin birləşdirilməsi təşəbbüsünü dəstəklədiyimizi vurğuladım və Prezident Nursultan Nazarbayevin təşəbbüsünə qoşulmağın zəruriliyini qeyd etdim. Çıxış maraqla qarşılandı.

-Konfransda maraqlı təkliflər irəli sürmüsünüz. Xahiş edirik, bu barədə də bir qədər məlumat verəsiniz.

-Ümumiyyətlə, bütün çıxışlar dinlənildikdən sonra yekunda hər kəsin fikrini əhatə edən yeni təkliflər daxil olurdu və redaksiya heyəti son anadək bəyanat layihəsinin üzərində işlədi. Bütün fikirləri, səslənən təklifləri özündə əks etdirən bir bəyanat layihəsi qəbul olundu. Mənim də çıxışımda vurğuladığım iki təklif bu bəyanat layihəsinin 9-cu və 19-cu bəndlərində əksini tapdı. Qeyd edim ki, bunlar çox ciddi təkliflərdir. Doğrudur, biz terrora qarşı mübarizədə bir qədər əvvəl dediyim kimi, dövlət xadimlərinin, siyasətçilərin, din xadimlərinin səylərinin birləşdirilməsini çox vacib hesab edirik. Amma terror da birdən-birdən, özbaşına yaranmır. Terrorun yaranmasının, terrorizmin genişlənməsinin, “çiçəklənməsi”nin, bugünkü vəziyyətə gəlib çatmasının əsas səbəbləri ilk növbədə ayrı-ayrı cəmiyyətlərdə, ayrı-ayrı mühitlərdə onun üçün yaranmış münbit şəraitdir. Bu da sirr deyil ki, bəzi beynəlxalq dairələr, fövqəldövlətlər bu və ya digər regional iqtisadi və siyasi maraqlarını reallaşdırmaq üçün ayrı-ayrı ölkələrin dövlət və konstitusion əsaslarını sarsıtmağa yönəlmiş fəaliyyətlərə rəvac verirlər. Bu ölkələrdə vətəndaşları, dindarları qətlə yetirməyi, qan tökməyi, insana silah qaldırmağı özü üçün şərəf bilən və bununla da manyakal hisslərini ödəyən şəxsləri bir araya gətirərək terror təşkilatları yaradırlar. Həmin terror təşkilatları müəyyən məqsədlər üçün istifadə edilir, maliyyələşdirilir, silahla təmin olunur. Sonda da bu terror təşkilatları nəzərdə tutulan regional çərçivədən və yaxud hansısa bir ölkənin çərçivəsindən uzaqlaşaraq, dünya miqyasına çıxır və artıq başqa ölkələri, qitələri təhdid edir ki, bu gün biz məhz belə bir vəziyyətlə üz-üzəyik. Ona görə də təklifimizdən biri məqsədli olaraq məhz buna yönəldi ki, biz, bütövlükdə konfrans iştirakçıları bu kimi cəhdlərə, ayrı-ayrı terror qruplarının yaranmasına, maliyyələşdirilməsinə, silahlandırılmasına və onların müxtəlif maraqlar üçün istifadə edilməsinə qətiyyətlə qarşı çıxırıq.

İkinci təklifim isə diqqəti ayrı-ayrı ölkələrdə və cəmiyyətlərdə terrora rəvac verə bilən səbəblərə yönəltdi. Əlbəttə ki, terrorizmə ayrı-ayrı ailələrə, xüsusilə qadınlara, gənclərə, uşaqlara olan münasibət, zərərli adət-ənənələr, zərərli təbliğatlar rəvac verir. Terrorun obyekti, ondan əziyyət çəkənlər əsasən qadınlar, uşaqlar, ailələr, gənclər olur. Onlar ya terror qruplarına cəlb edilməklə zərər çəkir, yaxud da terrorla mübarizədə həlak olurlar. Ona görə biz bu məsələyə xüsusi diqqət yetirməyi və bu sahədə maarifləndirməni genişləndirməyi, ailə tərbiyəsinə, xüsusilə gənc nəslin formalaşdırılması zamanı onların təkcə dini qanunlarla deyil, mənəvi meyarlara əsaslanaraq dünyəvi qanunlar və dəyərlərlə tərbiyələndirilməsinə diqqət yetirməyi vacib hesab edirik. Bu, Azərbaycan dövlətinin yeritdiyi siyasətin mahiyyətindən doğan bir yanaşmadır. Mən belə bir təklifin də bəyanat layihəsinə daxil olması təşəbbüsü ilə çıxış etdim və hər iki təklif layihədə əksini tapdı. Qərara alındı ki, bəyanat həm BMT-yə, həm də onun müvafiq qurumlarına göndərilsin.

Hesab edirəm ki, Qazaxıstan tərəfi bu konfransı yüksək səviyyədə keçirmək üçün lazım olan hər şeyi etmişdi. Nəzərə almaq lazımdır ki, Qazaxıstanda da çoxsaylı dinlərin və etnik qrupların nümayəndələri yaşayır. Bu ölkədə iki rəsmi dilin (rus və qazax dilləri) olması göstərir ki, Qazaxıstan dövləti, onun hazırkı rəhbərliyi bu məsələlərə necə həssas yanaşır. Multikultural dəyərlər, tolerantlıq, çoxkonfessiyalılıq, çoxmədəniyyətlilik Azərbaycanda olduğu kimi, Qazaxıstan cəmiyyətinin də təbiətidir, həyat tərzidir. Ona görə də biz orada olarkən, insanlarla görüşərkən, siyasətçilərlə fikir mübadiləsi apararkən bu məsələlərə yanaşmada mövqelərimizin nə dərəcədə üst-üstə düşdüyünün şahidi olduq. Prezident Nursultan Nazarbayevin də konfrans iştirakçılarına xüsusi müraciəti var idi. Dövlət başçısı öz müraciətində konfrans iştirakçılarını həm bu tədbirdə, həm də bundan sonrakı fəaliyyətdə bütün bu məsələlərə ciddi diqqət yetirməyə çağırdı. Biz də Nursultan Nazarbayevin bu təşəbbüsünə qoşulmağa razı olduğumuzu, onunla həmfikir olduğumuzu bildirdik.

Onu da xüsusi vurğulamalıyam ki, konfrans zamanı mən Azərbaycana olan xüsusi münasibəti gördüm. Həm bu tədbirə dəvət olunarkən və qarşılanarkən, həm də konfransın gedişində və konfransdan sonra Qazaxıstan parlamenti Senatı sədrinin Prezident İlham Əliyev və Azərbaycan parlamenti haqqında söylədiyi səmimi fikirlər məndə çox böyük təəssürat yaratdı. Azərbaycan nümayəndəsi olaraq, özümü dost, qardaş ölkədə hiss edirdim.

Qazaxıstan son illərdə çox inkişaf edib. Bu ölkənin əldə etdiyi uğurlar bizi çox sevindirir. Qazaxıstanın beynəlxalq miqyasda, həm də ikitərəfli əsasda Azərbaycana verdiyi dəstəyi xüsusi vurğulamaq istəyirəm. Bütün məqamlarda Türkiyə ilə yanaşı, Qazaxıstan da Azərbaycanla bir yerdə olduğunu bildirir. Bizim də onlara münasibətimiz eynidir.

“XXI əsr türk əsridir” deyənlər yanılmayıblar. Türk respublikaları doğrudan da çox sürətlə inkişaf edirlər. Əlbəttə ki, Orta Asiyada Qazaxıstan kimi güclü bir dövlətin olması bu regionu əhatə edən ölkələr, eləcə də türk dünyası üçün çox vacibdir.

Hesab edirəm ki, bu səfər çox uğurlu oldu. Konfransdan aldığım təəssüratlar uzun müddət yaddaşımda qalacaq. Səfər zamanı Qazaxıstan-Azərbaycan münasibətlərinin bu günün tələbləri, beynəlxalq miqyasda cərəyan edən ictimai-siyasi proseslər zəminində vacib məqamlarda bir-birini dəstəkləyən münasibətlər olduğunu bir daha gördüm. Mən ünsiyyətdə olduğum Qazaxıstan vətəndaşlarının səmimi salamlarını, Azərbaycana olan dost münasibətini bütün oxuculara, tamaşaçılara çatdırıram. Onlar bunu məndən xahiş etmişdilər. Mən də onların xahişini məmnuniyyətlə yerinə yetirirəm.

-Müsahibəyə görə sağ olun.

Bahar Muradova: Azərbaycan terrorizmlə mübarizəyə dindarların cəlb olunması təşəbbüsünü dəstəkləyir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq