ELM VƏ TƏHSİL


Bakalavrların nəzərinə!

Bakı, 17 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Təhsil Nazirliyi arasında əldə edilmiş razılığa əsasən, magistraturaya 56 nömrəli qəbul proqramına aid olan biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri üzrə) və biznesin təşkili və idarə edilməsi (iqtisadi informatika, tədris ingilis dilində) ixtisaslaşmalarına qəbul olunmaq istəyən, cari ildə magistraturaya qəbul imtahanının birinci mərhələsində 40 və daha artıq bal toplamış bakalavrlara həmin proqramı seçməyə icazə vermək qərara alınıb.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, həmin ixtisaslaşmalardan tədrisi ingilis dilində aparılanlarını seçmək üçün isə birinci mərhələ üzrə minimum 40 bal toplamaqla yanaşı, ingilis dili üzrə 15 və daha artıq bal toplamaq da tələb olunur.

Bundan əlavə, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak üçün proqram seçimi mayın 18-i saat 10:00-dək uzadılıb. Bakalavrlar qeyd olunan vaxtadək elektron ərizələrinə daxil olub bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiqləməlidirlər.

Qəbul proqramını seçib təsdiqləməyənlər imtahanın iyunun 3-də keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.