DÜNYA


“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 1062-dir

Bakı, 9 iyun, AZƏRTAC

ABŞ-dakı neft quyularının sayı 862 ədəddir.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 2 ədəd artaraq 1062 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 135 ədəd çoxalıb.

Ötən həftə ABŞ-dakı aktiv neft quyularının sayı 1 ədəd çoxalaraq 862 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Neft quyularının sayı son 20 həftənin 17-də artım göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 121 ədəd artıb.

Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı da 1 ədəd artaraq 198 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 13 ədəd artım göstərib.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.