İQTİSADİYYAT
“Baker Hughes”: ABŞ-dakı neft quyularının sayı artıb
Bakı, 5 may, AZƏRTAC
ABŞ-dakı neft quyularının sayı 834-ə çatıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən həftə ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 11 ədəd artaraq 1032 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 155 ədəd çoxalıb.
Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı 9 ədəd artaraq 834 ədəd olub. Ölkədəki neft quyularının sayı 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatıb. Neft quyularının sayı son 15 həftənin 13-də artım göstərib.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə 1 ədəd artaraq 196 ədəd olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]