ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi: #erməniterrorunason

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) Ermənistanın sentyabrın 27-dən başlayaraq bu gün də davam edən hərbi ‭‬təxribatı‭ ‬nəticəsində‭‭ ‬Azərbaycanın ‬şəhər,‭‬ ‭‬kənd‭ ‬və‭ ‬yaşayış məntəqələrinin‭ ‬raket‭‭ ‬və‭ ‬ağır‭ ‬artilleriya‭‭ ‬atəşinə‭‭ ‬məruz‭ ‬qalmasına‭ ‬və‭ ‬insan‭ ‬tələfatına‭ ‬diqqəti çəkmək üçün ingilis dilində videoçarx hazırlayıb. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

BANM-dən AZƏRTAC-a bildirilib ki, daha çox insana çatması üçün videoçarx #erməniterrorunason həştəqi ilə açıq informasiya resurslarında yerləşdirilib və ali məktəbin əməkdaşlıq etdiyi tərəfdaşlara göndərilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Videoçarxda erməni vandalizmi, onların mülki əhalini hədəf seçən hücumları qeyd olunub. Günahsız uşaqların, qadın və yaşlıların həlak olduğu və yaralandığı mülki əhaliyə qarşı hücumlar terrorizm kimi xarakterizə olunub. Azərbaycanın‭ ‬öz‭ ‬torpaqlarını‭‭ ‬azad‭ ‬etmək‭ ‬uğrunda‭‭ ‬mübarizə‭ ‬apardığı,‭ ‬‬təmas‭ ‬xəttindən kənarda‭ ‬yerləşən‭ ‬‬Gəncə,‭ ‬Mingəçevir kimi‭ ‬‬iri‭ ‬infrastruktur‭‬ ‭‬şəhərlərinin çoxsaylı və‭ ‬qeyri-qanuni hücumlara məruz qalmasına, azyaşlı məktəblilərin həlak olmasına ayrıca yer verilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

“Biz ədalət istəyirik!” şüarı ilə bitən videoçarx haqq səsimizin duyulmasına bir töhfə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.