İQTİSADİYYAT


Bakı Ali Neft Məktəbində “StartUp School” layihəsinin tanıtımı reallaşıb

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterpriseazerbaijan.gov.az portalının rəhbəri Mətanət Musayeva, layihə meneceri Nəzrin Əkbərova, mentor Habil Əhmədov ali təhsil müəssisələrində “StartUp School” layihəsinin tanıtımı çərçivəsində Bakı Ali Neft Məktəbində olublar.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, portalın rəhbəri Mətanət Musayeva layihənin məqsədi, gənclərin ideyalarını reallığa çevirmək və innovasiyaların inkişafı istiqamətində tələbələrə geniş məlumat verib.

Mentor Habil Əhmədov tələbələrlə layihə ətrafında maraqlı müzakirələr aparıb, layihə meneceri Nəzrin Əkbərova isə onları ingilis dilində təqdimatla tanış edib.

Təqdimat zamanı bildirilib ki, kursu bitirən bütün startaplara beynəlxalq səviyyəli sertifikatlar təqdim ediləcək. Birinci yerin qalibləri isə “I2B” üçün Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinə getmək şansı qazanacaq.

Tədbirdə ideyaları olan, startuplarla maraqlanan bacarıqlı tələbələrlə yanaşı, Bakı Ali Neft Məktəbin innovasiyalar şöbəsinin əməkdaşları Farad Kamyabi və Elmar Əsgərzadə də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.