İQTİSADİYYAT


Bakı Avtovağzalında ilk dəfə kitabxana məntəqələri fəaliyyətə başlayıb

Bakı, 24 yanvar, AZƏRTAC

Bakı Beynəlxalq Avtovağzal Kompleksində ilk dəfə kitabxana məntəqələri fəaliyyətə başlayıb.

Avtovağzaldan AZƏRTAC-a bildirilib ki, kitabxanalar Bakı Avtovağzalının iki gözləmə zalında təşkil olunub. Məqsəd insanların kitaba, mütaliəyə olan marağını artırmaq, bu istiqamətdə təşviqat və təbliğatı gücləndirmək, həmçinin sərnişinlərin öz nəqliyyat vasitələrini gözləyərkən vaxtlarını səmərəli keçirmələrini təşkil etməkdir.

Bu məntəqələrdə latın və kiril qrafikası əsasında Azərbaycan və dünya ədəbiyyatından olan müxtəlif dillərdə kitablar toplanılıb. Hər yaşda olan sərnişinlər sırf onları maraqlandıran məzmunlarda əsərləri rahatlıqla oxumaq imkanı qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.