İQTİSADİYYAT


Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqdır

Bakı, 24 dekabr (AZƏRTAC). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 28-dən yanvarın 6-dək gücləndirilmiş iş rejimində çalışacaqdır.

Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirmişlər ki, bu, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.

Adi günlərdə 5-6 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaqdır. Əgər adi günlərdə xəttə 300-340 avtobus buraxılırdısa, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaqdır.

Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılmış, avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilmiş, qiymət intizamına nəzarət komissiyası yaradılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.