ELM VƏ TƏHSİL


Bakı Biznes Universitetinin koordinatoru olduğu layihə çərçivəsində Vilnüsdə növbəti təlimlərə başlanılıb

Bakı, 6 noyabr, AZƏRTAC

Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində növbəti təlimlərə başlanılıb.

BBU-dan AZƏRTAC-a bildiriblər ki, ilk təlimlər Litvanın Ali Təhsildə Keyfiyyət Təminatı Mərkəzində və Mykolas Romeris Universitetində keçirilib. Növbəti təlimlər isə Litvanın Sosial-Tətbiqi Elmlər Universitetində təşkil olunacaq. Ali təhsildə keyfiyyət təminatı sahəsində aparıcı mütəxəssislər tərəfindən aparılan təlimlərdə Azərbaycanın 11 universitetindən 36 nümayəndə iştirak edir. Təlimlərin məqsədi Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və bu mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

BBU-nun rektoru İbad Abbasovun rəhbərliyi ilə keçirilən təlimlər noyabrın 11-dək davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.