CƏMİYYƏT


Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

Bakı, 16 aprel, AZƏRTAC 

Aprelin 18-19-da Azərbaycan Tibb Universitetində (ATU) Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan “Təbabətin aktual problemləri - 2019” mövzusunda beynəlxalq elmi–praktik konfrans keçiriləcək.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda yerli tibb mütəxəssisləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş ekspertlər də məruzələrlə çıxış edəcəklər.

Elmi-praktik konfransın mövzusu təbabətin aktual problemlərini əhatə edir. Konfransın məqsədi bu məsələlərlə bağlı indiyədək əldə edilən nailiyyətləri açıqlamaq və gələcək problemləri birgə müzakirə etməkdən ibarətdir. Tədbirdə ATU-nun yaradılması ilə bağlı sənədli filmin nümayişi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.