İQTİSADİYYAT


Bakı Ekspo Mərkəzində keçirilən sərgilərdə AZƏRTAC öz stendi ilə təmsil olunur

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Bakı Ekspo Mərkəzində işə başlayan 4 ixtisaslaşmış sərgidə - 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya - “Ipack Caspian” və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar - “HOREX Caucasus” sərgilərində AZƏRTAC öz stendi ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də stenddə agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları nümayiş etdirilir.

Ekspozisiya ilə tanış olan ziyarətçilərə geniş imkanlarından bəhrələnən və 8 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.

Ənənəvi olaraq hər il keçirilən sərgilərin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması ilə bağlı məlumatlar maraqla qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.