İQTİSADİYYAT


Bakı-Füzuli-Bakı avtobus reysinə bütün biletlər satılıb

Bakı, 25 iyun, AZƏRTAC

Bu gün işğaldan azad olunmuş ərazilərə 3-cü reysimiz başlayıb. Belə ki, Bakı-Füzuli-Bakı reysi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev jurnalistlərə açıqlamasında deyib.

İlkin mərhələdə Füzuliyə səfərlərin həftədə 1 dəfə olacağını söyləyən A.Rzayev diqqətə çatdırıb ki, bu reys də Şuşa və Ağdam reysləri kimi eyni formatda təşkil edilib. Belə ki, avtobus Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən müşayiət olunacaq.

“Sürücülər ANAMA-da xüsusi kurslar keçiblər. Avtobuslarda Füzuli şəhəri ilə bağlı roliklər göstəriləcək. Sərnişinlər Füzuli şəhərində dini və tarixi abidələrimizi ziyarət edəcəklər. Onlara bələdçilər tərəfindən məlumatlar veriləcək”, - deyə A.Rzayev vurğulayıb.

Xidmət rəisi, həmçinin qeyd edib ki, hazırda Füzulu şəhərinin mərkəzi, Füzuli Beynəlxalq Hava Limanı, Mərdimli kənd məscidi və Qarğabazar Saray Kompleksinə ziyarət olacaq. Növbəti mərhələdə isə təhlükəsizlik tədbirləri görüldükcə ziyarət yerlərinin sayı artacaq.

“Füzulidə ziyarət üçün 3 saat vaxt ayrılıb. Daha sonra sərnişinlər geri dönəcəklər. Biletlər Ağdam və Şuşa avtobus reyslərində olduğu kimi “www.yolumuzqarabağa.az” portalı vasitəsilə yalnız onlayn satılır. Sərnişinlər öncədən hər iki tərəfə bilet almalıdırlar, çünki eyni gündə də geri dönməlidirlər. Vətəndaşların aktivliyi yüksəkdir, şəhərə yola düşən avtobus 59 sərnişin tutumuna malikdir. Bütün biletlər qısa zamanda vətəndaşlar tərəfindən alınıb”, - deyə A.Rzayev əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.