CƏMİYYƏT


Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Bakı, 23 aprel, AZƏRTAC

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 221.2 -ci maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səmədov Cavid İnqilab oğluna Bakı şəhər sakini Əliyev Elgün Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan paltarın belindəki rezinə xüsusi üsulla hopdurulmuş 0,425 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.