MƏDƏNİYYƏT


Bakı Kamera Orkestri Qara Qarayevin “İldırımlı yollarla” baletinin musiqisi ilə #senetinledestekle çağırışına qoşulub

Bakı, 30 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Kamera Orkestri dünya şöhrətli bəstəkar Qara Qarayevin “İldırımlı yollarla” baletindən bir hissəni ifa edərək #senetinledestekle çağırışına qoşulub.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxın əsas mahiyyəti isə “Güc birlikdədir”, ayrı-ayrı yerdə yaşasaq və yaratsaq da, Vətənimizə, xalqımıza, dünyamıza xidmət edərək bir orkestr halında birləşmək və dövləti dəstəkləməkdir.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan Bakı Kamera Orkestrinin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, dirijoru, Əməkdar artist Fuad İbrahimovdur. Orkestrin tərkibinə gənc Beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.

Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.