MƏDƏNİYYƏT


Bakı Kitab Mərkəzi MDB İcraiyyə Komitəsinin diplomuna layiq görülüb

Moskva, 11 sentyabr, AZƏRTAC

“Moskva Kitab Evi”ndə “Müasir kitab yayımı. Rusiyanın və MDB ölkələrinin kitab ticarəti müəssisələrinin təcrübəsi” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masa iştirakçıları hazırkı dövrdə kitab ticarətinin vəziyyəti ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparıblar.

Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva iştirak edib. Bakı Kitab Mərkəzi 2020-ci ildə beynəlxalq kitab mübadiləsinin və yerli kitab yayımının inkişafında gördüyü işlərə görə MDB İcraiyyə Komitəsinin diplomuna layiq görülüb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.