MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında Ulu Öndərin xatirəsi anılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Ümummilli Liderin böyük xilaskarlıq rolundan, müasir, müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb və onun mədəniyyət işçilərinə həmişə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi önəm verdiyini bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.