CƏBHƏ XƏBƏRLƏRİ


Bakı Nəqliyyat Agentliyi cəbhə bölgəsinə daha 6500 təkər göndərib

Bakı, 28 sentyabr, AZƏRTAC

Bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə “Hər şey vətən üçün” aksiyası davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin mühafizəsi baxımından olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdir. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir.

Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Xatırladaq ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey vətən üçün” aksiyasına başlayıb. Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.