İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyində Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyində Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Tədbirdə xalqımızın milli istiqlal mübarizəsindən söhbət açan Bakı Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Mübariz Abbasov bildirib ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlanıb. Müstəqilliyimizin ilk illəri xalqımız üçün olduqca çətin şəraitdə keçib. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın yeganə xilas və ümid yeri olan Heydər Əliyev yenidən hakimiyyətə qayıdıb. Məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub. Hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi xüsusi vurğulanıb.

Əlamətdar təqvim günündə “BakuBus” MMC-nin il ərazində fərqlənən, yol hərəkəti qaydalarına və təlimatlara əməl edən bir qrup sürücüsü təltif edilib. Onlara “Aztech” şirkəti tərəfindən təqdim edilən mobil telefon və Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan müxtəlif təbliğat materialları hədiyyə edilib.

İşinə məsuliyyətlə yanaşan peşəkar sürücülərlə yanaşı, sosial şəbəkədə və KİV-də 10 yaşlı “canlı naviqator” kimi təqdim edilən İlham İskəndərov da mükafatlandırılıb. Tədbir çərçivəsində İlham İskəndərov “BakuBus” MMC-nin istehsalat bazası ilə tanış olub. Buradakı müasir və komfortlu avtobuslarla baxıb. 10 yaşlı “canlı naviqator” Sürücü Təlim Mərkəzində də olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.