İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyində Milli Prioritetlərin müzakirəsi ilə bağlı iclas olub

Bakı, 22 fevral, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyində (BNA) Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsi ilə bağlı videokonfrans formatında iclas keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, BNA-nın idarə heyətinin sədri Vüsal Kərimli sənədin ölkəmizin dinamik və hərtərəfli inkişafına təkan verməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, Milli Prioritetlər uğurla davam edən sosial-iqtisadi inkişafın Vətən müharibəsindən sonrakı dövrdə meydana çıxan yeni çağırışlarını və istiqamətlərini əks etdirir. Müəyyən olunmuş prioritetlər ölkə iqtisadiyyatının gücləndirilməsinə səbəb olacaq ki, bununla da əhalinin sosial rifahı daha da yaxşılaşacaq.

İdarə heyətinin sədri deyib ki, bu gün Azərbaycan inkişaf edir və ölkəmizdə yeni qlobal meyarlara uyğun iqtisadi islahatlar həyata keçirilir. Ölkə postpandemiya və postkonflikt dövrünə qədəm qoyur. 2021‒2030-cu illəri əhatə edən dövr keyfiyyətcə yeni olmaqla strateji mərhələ hesab edilir. On il üçün Milli Prioritetlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr gətirəcək. Milli maraqlar, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi bu proqramda öz əksini tapır.

Diqqətə çatdırılıb ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyət planında nəzərdə tutulan tədbirlərin bir çoxu məhz Milli Prioritetlərə əsaslanır. Növbəti illər üçün də fəaliyyət planları bu sənədin müddəaları əsas götürülməklə hazırlanacaq. Davamlı iqtisadiyyata töhfələr, leqal əmək münasibətlərinin təşviqi və məşğulluğun artırılması, “kölgə iqtisadiyyatı”nın azaldılması, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi, ətraf mühit, sosial ədalət və inklüziv cəmiyyətin inkişafı Agentliyin fəaliyyətində əsas prioritetlərdəndir. Dövlətimizin başçısının uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlərin əsas hədəfi vətəndaşa xidmət və onun rifahının yaxşılaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.