CƏMİYYƏT


Bakı Peşə Hazırlığı Mərkəzi yeni layihəsi ilə “TEKNOFEST 2022” müsabiqəsinin finalçılarından biri olub

Bakı, 26 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi Azərbaycanda ilk dəfə keçirilən və dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalında iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Türkiyə Texnologiya Komandası”-T3 Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala “Bacaranlar” komandası ilə qatılan Peşə Hazırlığı Mərkəzi “Sosialyönümlü texnologiyalar” kateqoriyası üzrə müsabiqəsinə "TexnoBaba" layihəsini təqdim edib.

Həmin kateqoriyaya Azərbaycan üzrə 100-ə yaxın komanda müraciət edib və onlardan yalnız 15-i, o cümlədən Bakı Peşə Hazırlığı Mərkəzi müsabiqənin final mərhələsində iştirak hüququ əldə edib.

"TexnoBaba" layihəsi işsiz gənclərin qurub-yaratmaq, inkişafa meyillilik ideyalarının həyata keçirilməsinə, təhsildə innovativ yeniliklərin tətbiqinə dəstək məqsədi daşıyır.

Layihə çərçivəsində www.texnobaba.com rəqəmsal platforması yaradılıb və həmin platforma öz ideyalarına invertar dəstəyi axtaran gənclər ilə bu sahəyə yatırım etmək istəyən investorları birləşdirir. Bunun üçün gənc ilk olaraq saytda qeydiyyatdan keçərək ehtiyacı olan robot setləri və ya başqa bu kimi məhsulları qeyd etməlidir.

"Sosialyönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələri ərsəyə gətirmələrinə dəstək olmaq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.