REGİONLAR
Bakı-Quba yolundakı qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib VİDEO
Siyəzən, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 15-i səhər saatlarında Bakı-Quba yolunun 98-ci kilometrliyində “DAF” markalı yük avtomobili ilə sərnişin aparan “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində “Mercedes Vito”nun sürücüsü 1977-ci il təvəllüdlü Yardımlı rayon sakini, Qubadbəyli Nəsimi Əlmuxtar oğlu, sərnişinlər Şabran rayonu, Uzunboyad kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini Quliyev Elvin Ramiz oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu və 1980-ci il təvəllüdlü Musayev İlqar Tərxan oğlu ölüb.
“DAF” markalı avtomobilin sürücüsü Qubanın Dağlı kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Atayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.