MƏDƏNİYYƏT


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi maraqlı layihələrlə izləyicilərini darıxmağa qoymur

Bakı, 9 aprel, AZƏRTAC

Bu günlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə internet üzərindən bir sıra maraqlı verilişlər, layihələr və çağırışlar həyata keçirilir.

İdarədən AZƏRTAC-a bildirilib ki, əhalinin diqqətini cəlb edən, xüsusilə, gənc nəsli maraqlandıran musiqidə istənilən üslubda bütün cərəyanları, yeni nəfəsləri dəstəkləyən bu layihələrdən biri də “Hip-Hop Time” verilişidir.

Bu gün saat 23.30-da Baş İdarənin - @bakimedeniyyetidaresi “Instagram” hesabından canlı yayımlanacaq veriliş Azərbaycan rep hərəkatının banilərindən biri olan mərhum Anar Nağılbazın xatirəsinə həsr olunacaq. Gənclərimizin marağına səbəb olacaq verilişə bir çox tanınmış rep ustalarının da canlı yayımla qoşulacağı gözlənilir.

Xatırladaq ki, proqramın ilk qonağı - gənclər arasında populyar olan reper Tibu olub. Layihənin müəllifi və aparıcısı Cavid Şahbazbəyovdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.