ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: COVID-19 infeksiyasına yoluxmuş müəllimlər üçün karantin tətbiq olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Paytaxtdakı 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbin COVID-19 infeksiyasına yoluxmuş müəllimləri üçün 14 günlük karantin müddəti tətbiq olunub.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.