ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları təltif olunub

Bakı, 28 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları təltif olunub.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin əməkdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif ediliblər. BŞTİ-nin müdiri Mehriban Vəliyeva döş nişanlarını təqdim edib və təbriklərini çatdırıb. Hər bir əməkdaşın fəaliyyətini yüksək qiymətləndirdiyini deyən idarə müdiri bundan sonrakı işlərində də onlara uğurlar arzulayıb.

BŞTİ-nin əməkdaşları onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, daha da səylə çalışacaqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.