ELM VƏ TƏHSİL


Bakı Slavyan Universiteti “Heydər Əliyev və uzaqgörən siyasəti” mövzusunda esse müsabiqəsi keçirir

Bakı, 14 dekabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş esse müsabiqəsi keçirir.

BSU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə Ulu Öndərin zəngin ictimai-siyasi fəaliyyətinin tələbə-gənclər arasında təbliğinə xidmət edir.

Müsabiqədə ən dolğun yazılan esselər seçiləcək və I, II və III yerlərə layiq görüləcək.

Essenin şrifti 14, intervalı 1,5 olmalı, “Microsoft Word”də, maksimum 2 səhifə həcmində, “Times New Roman” şrifti ilə yazılmalıdır. Esselər dekabrın 21-dək [email protected]  ünvanına göndərilməlidir. Qalib gələn müəlliflər sertifikatlarla təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.