ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb

Bakı, 3 oktyabr, AZƏRTAC 

Oktyabrın 3-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva və bu ali təhsil müəssisəsinin prorektorları professor Rafiq Novruzov və Telman Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanım Sultanova birinci kurs tələbələri ilə görüşüblər.

BSU-dan AZƏRTAC-a bildirilib ki, rektor Nurlana Əliyeva universitetə bu il qəbul olan tələbələri təbrik edib. Rektor BSU-nun keçdiyi tarixi yola nəzər salaraq onun 2000-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradıldığını bildirib. N.Əliyeva hazırda universitetin geniş beynəlxalq əlaqələrə malik olduğunu, universitetdə 11 tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ölkəmizdə həyata keçirilən təhsil siyasətindən danışan N.Əliyeva Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan, ölkə gəncləri üçün yaradılan şəraitdən söz açıb. Rektor BSU-nun region universitetləri arasında özünəməxsus mövqeyi olduğunu vurğulayaraq bu ali təhsil müəssisəsində gənclər üçün yaradılan imkanlardan danışıb. O bildirib ki, BSU tələbələrinin istər təhsil sahəsində, istər ictimai işlərdə qazandığı uğurlar Azərbaycanın parlaq gəncliyinin bariz nümunəsidir. Bununla bərabər, rektor gənclərin milli mənəvi dəyərlərə ehtiramla yanaşmasının önəmini qeyd edib. Universitetdə yeganə meyarın bilik və tərbiyə olduğunu xatırladan rektor birinci kurs tələbələrinə yüksək səviyyəli mütəxəssis olmaq istiqamətində öz tövsiyələrini verib.

Sonra pedaqoji fakültənin üçüncü kurs tələbəsi Orxan Mahmudov yaradılan karyera imkanlarına, səmərəli mühitə görə universitet rəhbərliyinə minnətdarlıq edib, tələbəlik illəri ərzində qazandığı təcrübəni birinci kurs tələbələri ilə bölüşüb.

Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.