CƏMİYYƏT


Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib

Bakı, 11 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.

Xatırladaq ki, yanvar ayının pensiyalarına indeksasiya nəticəsində edilmiş artımlar fevral ayının pensiyalarına əlavə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.