İQTİSADİYYAT


Bakı-Tbilisi-Ərzurum kəməri ilə keçən ay bir milyard kubmetr təbii qaz göndərilib

Bakı, 18 fevral, AZƏRTAC

Yanvarda Azərbaycandakı magistral qaz kəmərləri ilə 3 milyard 163,6 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni ayına nisbətən 12,2 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində qaz nəqlinin 33,9 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 1 milyard 71 milyon kubmetr təbii qaz ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.