Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “UNEC alimlərindən kitab tövsiyələri” adlı layihənin əsas məqsədi ali məktəbin alimlərinin tövsiyə etdiyi müxtəlif istiqamət və dillər üzrə kitabları tələbələrin diqqətinə çatdırmaqla, onların mütaliə mədəniyyətinin inkişafına təsir göstərməkdir.
Layihənin ilk mərhələsində UNEC-in rektoru professor Ədalət Muradovun tövsiyə etdiyi aşağıdakı kitablar təqdim olunur:
1.“Elm haqqında elm”, S.Xəlilov. 2011.
2.“Həyat startap kimi” R.Hoffman, B.Casnocha, 2016.
3.“Ali təhsil rəqəmsal dövrdə”, William G.Bowen. 2018.
4.“Çinin rəqəmsal transformasiyası”, М.Хuaten, М.Çjaoli, Y.Deli, V.Xualey, 2019.
5.“Неприятие перемен. Как преодолеть сопротивление изменениям”, Роберт Киган, Лайза Лэскоу Лейхи, 2017.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]