İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars yolundan keçən Çin-Türkiyə yük qatarları mənzil başına 10 günə çatacaq

Ankara, 6 avqust, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən keçməklə daşınan Çin (Xian) – Türkiyə (İzmit-Köseköy) yük qatarlarının hərəkət müddəti 10 günə düşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Dövlət Dəmir Yollarının internet səhifəsində məlumat yayılıb. Bu qatarlarla daşınan yüklərin bir qismi İstanbulun Marmaray yeraltı dəmir yolu xəttindən keçməklə şəhərin Halkalı bölgəsinə daxil olub, oradan Avropaya yola salınacaq. Bildirilir ki, daşınma sürətinin artmasına Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edən bir sıra ölkələrdə görülən tədbirlər sayəsində nail olunub. Əvvəllər Xəzər dənizində gəmi ilə daşınan konteynerlərin Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Azərbaycanın Böyük-Kəsik dəmir yolu stansiyasına çatdırılmasına 24 saat sərf olunurdusa, indi bu proses 12 saata başa çatır.

Qeyd edək ki, iyulun 20-də Çindən yola çıxan 1056 metr uzunluqda, 50 konteynerdən ibarət 1992 ton yük daşıyan qatar avqustun 1-də Türkiyənin İzmit şəhərindəki Köseköy stansiyasına çatıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.