İQTİSADİYYAT


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi fiber optik rabitə kanalların quraşdırılmasını təklif edir

Bakı, 6 mart, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi əhaliyə internetlə işin keyfiyyətini artırmaq məqsədi ilə fiber optik rabitə kanalların quraşdırılmasını təklif edir.

Birlikdən AZƏRTAC-a verilən məlumata görə, optik rabitə şəbəkədə dayanıqlı olaraq işləyən maksimum sürətli internet, 97 televiziya kanalına malik İP-TV və statik İP-ünvan deməkdir.

Optik şəbəkə eyni zamanda imkan verir ki, istifadəçi lokal şəbəkələrini, fərdi serverlərini, statik İP ünvana malik müşahidə kameralarını bir platforma üzərindən istifadə edə, onları dünyanın istənilən nöqtəsindən idarə edə və internet vasitəsi ilə əlaqə saxlaya bilsin. Bu şəbəkə həm də İP-telefoniya (VoİP) imkanlarından istifadə etməyə imkan yaradır.

Ayrılmış xəttin birdəfəlik qoşulma haqqı 30 AZN, aylıq istifadə haqqı isə kanalın sürətindən asılı olaraq 25 manatdan (2Mbit/s) 205 manatadək (15Mbit/s) təşkil edir. 15 Mbit/s sürətdən 50 Mbit/s sürətə qədər sonrakı hər 1 Mbit/s sürət üçün tarif 13 AZN, 50 Mbit/s sürətdən sonrakı hər 1 Mbit/s sürət üçün tarif 10 AZN müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.