MƏDƏNİYYƏT
Bakı Uşaq Teatrı mövsümü “Günahsız günahkarlar” tamaşası ilə açacaq
Teatrdan AZƏRTAC-a bildirilib ki, müasir dövrün qlobal problemlərindən olan insan alverinə qarşı mübarizəyə həsr olunan tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplatasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? Tamaşada bu suallara cavab axtarılır.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçusu isə Könül Şahbazovadır.
Tamaşada əsas rolları teatrın aparıcı aktyorları ifa edəcəklər.