MƏDƏNİYYƏT


Bakı Uşaq və Gənclər Teatrı izləyiciləri tamaşalarını internet üzərindən baxmağa dəvət edir

Bakı, 29 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı bəşəriyyətin bəlasına çevrilən koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə tamaşaçıların evdən çıxmamaq şərtilə tamaşalara baxa bilməsi üçün yeni bir təşəbbüs irəli sürüb.

İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşaları aşağıda qeyd olunan tarixlərdə Bakı Uşaq və Gənclər Teatrının “YouTube”, “Facebook”, “Instagram” səhifələrindən izləmək mümkündür.

30 mart – “Qucaqla məni” - (31 mart soyqırımına həsr olunub, gənclər üçün)

3 aprel – “Dovşanın evi” - (uşaqlar üçün)

7 aprel – “Göyçək Fatma” - (uşaqlar üçün)

11 aprel – “Əyriqulaq dovşan” - (uşaqlar üçün)

15 aprel – “Günahsız günahkarlar” - (insan alverinə qarşı mübarizəyə həsr olunub)

19 aprel - "Çay dəstgahı" - (uşaqlar üçün)

23 aprel – “Sehrli tütək”- (uşaqlar üçün)

27 aprel – “Pəltək cücə” - (uşaqlar üçün)

1 may – “Kimdir müqəssir” - (böyüklər üçün)

5 may –“Humayın yuxusu” - (uşaqlar üçün)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.