ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyası fəaliyyətini xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edir

Bakı, 6 avqust, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası (BXA) fəaliyyətini xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edir. Akademiyada yaz imtahan sessiyası və yekun buraxılış dövlət attestasiyası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci il 18 may tarixli Qərarına uyğun təşkil olunub, tədris ili yekunlaşıb. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında orta ixtisas və ali təhsil pillələri üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) nəticəsi ilə razılaşmayan tələbələr üçün yay imtahan sessiyasına hazırlıq işləri gedir.

Bu barədə AZƏRTAC-a BXA-dan məlumat verilib. Bildirilib ki, akademiyanın ümumi orta təhsil pilləsinə qəbul üzrə ərizələr onlayn daxil olur və avqust ayının 20-dən sonra qanunvericilik qaydaları imkan verərsə sənədlərin qəbulu həyata keçiriləcək. Bununla yanaşı, orta ixtisas təhsil pilləsinə qəbulla bağlı qabiliyyət imtahanının avqust ayının 19-dan sonra keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, COVID-19 pandemiyasının davam etməsi ehtimallarının olmasını nəzərə alaraq, akademiya öz maddi-texniki bazasını gücləndirib, distant təhsil üçün tədrisdə informasiya-kommunikasiya vasitələrinin tətbiqinə müvəffəq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.