ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Daşkənddə ustad dərsi keçib

Bakı, 5 dekabr, AZƏRTAC 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin tələbəsi Ruslan Hacıyev Daşkənd şəhərində Özbəkistan Xoreoqrafiya Akademiyasının tələbələri üçün Azərbaycan milli rəqsindən ustad dərsi keçib.

BXA-dan AZƏRTAC-a bildirilib ki, özbək tələbələrin böyük marağına səbəb olan ustad dərsi zamanı Azərbaycan milli rəqs elementlərindən, xalq rəqslərinin tarixindən, eləcə də bu sahədə Bakı Xoreoqrafiya Akademiyasının uğur və nailiyyətlərindən danışılıb. Rəqs hərəkətlərinin nümayişi ilə interaktiv şəkildə təşkil olunan ustad dərsi mütəxəssislərin rəyinə əsasən Özbəkistan-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafına xidmət edir.

Ustad dərsinin nəticəsi olaraq tələbələrlə Azərbaycan “Yallı”sı hazırlanaraq təqdim olunub.

Sonda ustad dərsini yüksək peşəkarlıqla keçdiyinə görə Ruslan Hacıyev Özbəkistan Xoreoqrafiya Akademiyasının rektoru tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.