ELM VƏ TƏHSİL
Bakı məktəblərinin direktorları ilə görüş
Bakı, 21 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə bu qurumun tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, sosial şəbəkələrin məktəbyaşlı uşaqların formalaşmasına təsiri, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və digər məsələlər müzakirə edilib.
189-190 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, paytaxtın təhsil ictimaiyyətinin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.
İdarə müdiri tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, sosial şəbəkələrin məktəbyaşlı uşaqların formalaşmasına təsiri və digər mövzular haqqında fikirlərini bildirib, bu istiqamətlər üzrə məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrdən söhbət açıb.
Görüşdə müzakirə olunan məsələlərlə bağlı məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.